Ukraynada veteranlar biznes qurur, bir-birinə dəstək olurlar

Sizin brauzer HTML5-i dəstəkləmir

Bir həftədən bir, bazar günləri Ukraynanın hər yerindən veteranlar Lvovdakı "Rınok" meydanına yığışırlar. Onların çoxu müharibədə yaralananlardır, bir araya gəlib gələcəklərini qurmağa çalışırlar. Veteranlar Yarmarkasında onlar öz bizneslərini – hazırladıqları məhsulları, şirniyyatları, keramikanı, ev əşyalarını, ikonaları sərgiləyirlər. Bütün veteranlara mesajları belədir: özünüzü təcrid etməyin, irəliyə baxın.