- MÜTLƏQ hiperlinklə istinad verilməlidir. - İcazə olmadan fotolarımızı təkrar dərc etməyin. İstifadə şərtləri ƏTRAFLI BURADA
"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayevin cəza rejiminin ağırlaşdırılmasından ötrü məhkəməyə təqdimat verilib.
Azərbaycan gömrükçüsü buradan tranzit ölkə kimi keçən əcnəbilərin adlarından yararlanıb saxtakarlıq etməkdə suçlanır.
Həbsdə olan ilahiyyatçı Sərdar Babayevin yaxınları deyirlər ki, məhkəmə onun şikayətinə baxmır.
Azərbaycanda dini qaydalarla yönəldilən "Kərimə dövləti" qurmağa cəhddə suçlanan 13 nəfərə hökm oxunub.
Bəzi sosial şəbəkə istifadəçiləri də gileylənirlər ki, ƏDV-lərin qaytarılması ilə bağlı "artıq qəpik-quruşun hesabı gedir".
AzadlıqRadiosunun əməkdaşı Fərid Mehralızadənin vəkili Cavad Cavadov deyir ki, təkcə müvəkkilinin yox, bütövlükdə azad düşüncənin müdafiəçisi qismində çıxış edir.
"Mətbəxdə siçanlar sərbəst şəkildə gəzir, ərzaq qutularını deşir və yeməkləri yeyirlər".
"İndi nə edim ki, sabah məni "qəbir evinə çiynində aparsın" deyə, insan övladına himayəlik etmək istəməmişəm!".
"Qubad İbadoğlu dindirilsin, görək ki, belə bir hal olub, yoxsa yox".
Astara və Biləsuvarın üst-üstə 14 il boyunca icra başçısı vəzifəsində çalışmış Mahir Quliyev beş ildən çoxdur həbsdə olsa da, onun müsadirə edilmiş əmlaklarıyla bağlı məhkəmə çəkişmələri indiyədək sürür.
İyunun 19-dan etibarən fakturasız (SimSim) xətt nömrələrində danışıq kartlarının istifadəsi ilə bağlı yeni yanaşma tətbiq ediləcək.
Bu ilin mart-aprel aylarında Baş Prokurorluğun İctimai Televiziya vasitəsilə elan verib istintaqa çağırdığı xaricdəki bloqerlər haqqında qiyabi həbs qərarı çıxarılıb.
"Zərbələrdən sonra elə bir gün yoxdur ki, başağrısı, ürəkbulanma, başgicəllənməsi, göz qaralması olmadan ötsün".
AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə Azərbaycanda dövlət propaqandasını alt-üst edən analitik yazılarına görə tanınırdı. Amma bir ildir o özü həbsdə hər gün elə bu propaqandanı eşidir.
Bu həftə aylardır gözlənən əfv fərmanı verildi, amma hüquq müdafiəçilərinin siyasi məhbus saydığı şəxslərin adları ora düşmədi.
"İşin qəribə tərəfi odur ki, hələ də bunun mənimlə bağlı olduğu ağlıma gəlmir. Həmin ərazidə hansısa kriminal hadisə baş verdiyini və ya əməliyyat getdiyini düşünüb yerimdə dururam...".
Z.Əsgərov və G.Mirzəyev sosial şəbəkələrdə, o sıradan "WhatsApp"da yaradılmış qruplarda yazdıqlarına görə həbs ediliblər.
"İstintaqda bizə cavab verdilər ki, guya o ərazidə "Təhlükəsiz şəhər" kameraları yoxdur".
AzadlıqRadiosunun həbsdə olan jurnalisti Fərid Mehralızadə xarici ölkələrə səfər edən və avtomobili olan Azərbaycan vətəndaşlarını diqqətli olmağa çağırıb.
meclis.info saytının həbsdə olan rəhbəri İmran Əliyevin məhkəməsi başlanıb.
Davamı